Alimlə deputat arasında QALMAQAL
23-05-2022, 15:00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov Milli Məclisin sabiq deputatı Aytən Mustafazadənin direktoru olduğu Hüquq və İnsan Haqları İnstitutundan şikayətçidir.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə F.İsmayılovun özü sosial şəbəkə hesabında yazıb.

O, institutdan müəllifi olduğu nəşrlərin pdf formatını tələb edib: “Hüquq və İnsan Haqları İnstitutu müəllifi olduğum 4 kitabın pdf variantını mənə verməkdən imtina edir”.

Məsələ ilə bağlı AMEA-dan bildirilib ki, Hüquq və İnsan Haqları İnstitutu artıq onlara tabe deyil.  





up