Yeni dələduzlar peyda olub – DİQQƏTLİ OLUN
23-05-2022, 14:43

Müxtəlif zamanlarda hər cür dələduzluq əməllərinə əl atan insanlar rahat pul qazanmaq arxasıyca düşür. Bu dəfəki, “qəhrəmanımız” da özünə asan gəlir mənbəyi seçib.

AZİNFORM.AZ-ın redaksiyasına göndərilən şikayət məktubunda, vətəndaş analoji halla rastlaşıb. Onun sözlərinə görə təzə növ fırıldaqçılar elan saytlarında hər hansı əşyanı bəyənərək sahibiylə xarici mobil operatorlar vasitəsilə əlaqə saxlayır. Özlərinin xarici olduğunu və seçilmiş əşyanın Azərbaycandakı qohumları üçün aldığını deyir. Nəticədə satıcı olan tərəfdən onlayn ödəmə üçün kartı, karta aid olan bütün məlumatları, eləcə də  şəxsiyyət vəsiqəsinin fiskal kodunu alaraq hesabda olan pulu mənimsəyir. 

Vətəndaşlardan daha diqqətli olmalarını, şəxsi məlumatlarını heç kimlə paylaşmamağı, bu kimi hallarla rastlaşdıqda polisə müraciət etmələri xahiş olunur.





up