DEPUTATLAR TƏTİLƏ ÇIXDI – Nə qədər məzuniyyət pulu alacaqlar?
14-07-2023, 18:55

Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

AZİNFORM..AZ xəbər verir ki, iclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və bununla da Milli Məclisin deputatları tətilə çıxıb.

Parlamentin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar. Parlamentin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar üçün məzuniyyətlə bağlı veriləcək vəsaitlərin miqdarı artıq müəyyənləşib.

Milli Məclis üzvlərinin məzuniyyət zamanı alacaqları müavinət bu formadadır:

– Spiker – 21 min 300 AZN;

– Spikerin birinci müavini – 19 min 170 AZN;

– Spikerin müavinləri – 18 min 105 AZN;

– Komitə və komissiya sədrləri – 17 min 40 AZN;

– Komitə və komissiya sədrlərinin müavinləri – 15 min 975 AZN ;

– Deputatlar – 10 min 400 AZN;

Qeyd edək ki, Azərbaycanda minimum ayılıq əməkhaqqı 345 manatdır. /AzPolitika.info/





up