“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İB-yi ödənişsiz onlayn təlimlərə start verir
12-07-2023, 13:13

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı və Qeyri Hökumət Təşkilatların Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili” adlı layihəsi çərçivəsində ödənişsiz onlayn təlimlərə start verir. 

Layihənin əsas məqsədi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidlə əlaqədar olaraq ölkədə beynəlxalq standartlara yiyələnəcək kadr hazırlığına dəstək verməkdir. Bu məqsədlə təlimlərə aşağı gəlirli və öyrənmək imkanı məhdud olan şəxslərin, tələblərin, həssas qrupa aid kəsimlərdən olan gənclərin, o cümlədən şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçılarının ailə üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələr, valideyn himayəsindən məhrum olmuş gənclər və digər həssas qruplar cəlb etməklə onlara beynəlxalq standartlara dair bilikləri aşılamaq və onların əmək bazarında rəqabətliliyinin artırılmasına töhvə verməkdir.

Təlimlər 01.08.2023-cü il tarixdən etibarən həftədə 3 dəfə olmaqla, ZOOM platforması üzərindən baş tutacaq.
Təlimlərə yuxarıda qeyd edilmiş hədəf qruplarından olan və digər maraqlı şəxslər qatıla bilər.
Təlimə qatılmaq üçün iştirakçılar təşkilatın e-mail ünvanına (ekonomiks.ngo@outlook.com) və ya təşkilatın facebook səhifəsi üzərindən https://www.facebook.com/Ekonomiks.BIAB müraciət edə bilər.
Təlimin əvvəlində hər bir iştirakçıya tədris materialları (elektron və kağız daşıyıcıda) pulsuz olaraq təmin ediləcək və təlimin yekununda hər bir iştirakçıya sertifikat təqdim ediləcəkdir.

Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi

T: + 994 12 595 01 67
M: + 994 50 205 46 46
ekonomiks.ngo@outlook.com - www.ekonomiks.az
Bakı ş, Nəsimi rayonu,, R.Behbudov küçəsi, AZ1014, ev № 25, mənzil №1






up