Kamran Ağayevə vəzifə verildi
6-07-2023, 17:28

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Data idarəolunması departamentinə yeni direktor təyin edilib.

AZİNFORM.AZ-ın Agentliyə istinadən verdiyi xəbərə görə, sözügedən vəzifə Kamran Ağayeva həvalə olunub.

O, Agentliklə yanaşı, “Azercell Telecom” MMC-də Data idarəolunması şöbəsinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində fəaliyyət göstərən "Big Data və Analitika Mərkəzi"nin rəhbəri vəzifələrini davam etdirəcək.  /bakıvaxtı.az/





up