Bu gün dünyada insanlar əvvəlki dövrlərə görə daha sürətlə dəyişir, daha tez pis yollara düşür, daha çox günaha meyl edir.
İnternet, media, hər şeyin əlçatan olması insanları daha çox pis işlərə təşviq edir. Bir yandan ailə sevgisi və ailə bağlılığını, ailə ünsiyyətinin azalması, digər tərəfdən pis ətrafın olması insanlara mənfi yöndə təsir edir.
Əgər gənclər arasında "narkotik" istifadəçilərinin artmasını görürüksə gecə gündüz həmin şəxsləri qınamaqla iş düzəlməz.
Problemin kökünü axtarıb tapmalıyıq, məsələni ən başdan həll etməyə çalışmalıyıq. Biz çox vaxt səbəbləri az çox bilirik, ama aradan qaldırmırıq, ona görə də nə qədər çox qınansa da, hər gün narkotik istifadəçilərinin sayı getdikcə artır. Daim həzz axtaran, gözləyə bilməyən və hər şeyi dərhal istifadə etmək istəyən bir nəsil çıxır qarşımıza. Ona görə də risk artmışdır. Orta məktəb uşaqları da bu bəladan uzaq qala bilmirlər. Quran bizdən dəfələrlə : "Heç düşünmürsünüz?" deyə soruşur, axı alkoqol və narkotiklə beyni yuyulmuş bir insan necə düşünə bilər? Uca Rəbbimiz bizləri : “Nə qədər az şükür edirsiniz ?” deyə xəbərdar edir, nə olsun ki, bizə təsir etmir.
``Paylaşaraq xeyrə vəsilə olun.``
AZİNFORM.AZ