İlk dəfə səmanı görən şimpanzenin reaksiyası - VİDEO
2-07-2023, 00:54

ABŞ-da 29 yaşlı şimpanze Vanil qəfəsdə uzun ömür sürdükdən sonra həyatında ilk dəfə səmanı gördüyü sığınacağa köçüb.

AZİNFORM.AZ lent.az-a istinadən bildirir ki, bu barədə "New York Post" məlumat yayıb.

Hadisə Nyu-Yorkdakı məşhur Eksperimental Tibb və Cərrahiyyə üçün Primat Laboratoriyasında (LEMSIP) yaşanıb. Vanil ömrü boyu 150 kv.sm-lik qəfəsdən çıxmayıb. O, həm də ölçüsü qarajla müqayisə olunan quşxanada saxlanılıb.

Belə ki, bu meymun 2 yaşına kimi 1997-ci ildə bağlanan laboratoriyada yaşayıb. Sonra o, Kaliforniyaya köçürülüb və burada sığınacaqda daha böyük bir qapalı yerdə yaşayacağı gözlənilib. Ancaq ora 2019-cu ildə bağlanıb.

2022-ci ildə heyvan və onun qrupu Günəş Ştatında 60 hektarlıq əraziyə aparılıb. İnsanlar şimpanzenin öz qəfəsini tərk etdiyi, ilk dəfə səmanı gördüyü və adanı kəşf etməyə getdiyi təsirli anın videosunu çəkib.

Yeni sığınacağın ərazisində 226 şimpanze var. Onların hamısı ilə əvvəllər laboratoriyalar, əyləncə sənayesi, ekzotik heyvan ticarəti və yol kənarındakı zooparklar məşğul olublar.

Onların bir çoxu tənhalıqda həbs edilib və qohumları ilə heç vaxt əlaqə saxlamayıblar. Xoşbəxtlikdən, Vanil xilas edilmiş digər nümunələrlə yaxşı münasibət qura bilib.

O, bu adada qalan 18 şimpanzenin hamısı ilə dostdur.





up