ABŞ-ın Kornel Universiteti və İsrailin Ben-Qurion Universitetinin mütəxəssisləri smartfonların sındırılması üçün üsul hazırlayıblar.
Onların hazırladığı sistemi LED güc göstəricilərinin işini təhlil edərək kodlama açarlarını əldə edə bilir.
Bu layihə üzərində işləyən ekspertlərdən birinin şəxsi bloqunda yazdığına görə, texnikadan istifadə sındırılmış smartfonun ekranını daim lentə almağı tələb edir. Amma bu məqsədlə adi müşahidə kameraları və ya “iPhone” kimi telefonların kameraları işləyəcək.
Alimlər tərəfindən hazırlanmış texnika enerji sərfiyyatı, səs, elektromaqnit şüalanması və ya əməliyyatı başa çatdırmaq üçün tələb olunan vaxt kimi parametrlərin diqqətlə təhlilinə əsaslanır.
Tədqiqat zamanı bir qrup amerikalı və israilli alim “Samsung Galaxy S8” smartfonunda SIKE alqoritmi ilə şifrələmə açarını bərpa ediblər. Nəşrin məlumatına görə, bu, qurğuya qoşulmuş USB dinamiklərdə güc göstəricisini müşahidə etməklə mümkün olub. Nəzarət üçün “iPhone 13 Pro Max” kamerasından istifadə edilib.
Mütəxəssislərin fikrincə, müvəffəqiyyətli hakerlik üçün LED güc göstəricisi ilə təchiz edilmiş bir cihaz lazımdır, lakin bu olmadıqda, belə bir göstərici ilə ona qoşulmuş periferik cihaz kömək edəcəkdir. Göstəricinin parlaqlığı və ya rənginin əsas cihazın enerji istehlakına uyğun olması vacibdir.