B.Bağırzadə videoda əks olunan şəxsdən kamera qarşısında üzr istəyib. O, eyni zamanda baş vermiş anlaşılmazlığı şərh də edib. Bildirib ki, baş verənlərə görə iki gecədir özünə gələ bilmir:
“Narahatlıq keçirirəm, gecələr yatmıram, fikir çəkirəm. Çünki bir Allah bəndəsinin haqqını yemişəm və qəlbinə toxunmuşam. Videoya çəkdiyim həmin o şəxs mənim məhəllə uşağımdır. Onunla neçə ildir salamlaşıb-sağollaşırıq”.
Qeyd edək ki, aktyorun daha əvvəl çəkdiyi videoda yer alan şəxs də onun yanında olub.