Artıq Azərbaycanda daha cəsarətli, sorğulayan, müdirlərinin, direktorlarının, hətta valideynlərinin qulu olmayan nəsil yetişir. Bu da hər zaman inkişafa gətirib çıxarır.
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri SÖZ.AZ-ın "Söz-söhbət" rubrikasında qonaq olan reper Orxan Zeynallı(AID)deyib.
Reper treklərində ən çox qadın hüquqlarına yer ayırmasından danışıb: "Gələcək nəsilləri bəyəndiyimiz formada görmək istəyiriksə, 15-16 yaşlı qızlara icazə verməliyik ki, öz istəklərinin arxasınca getsinlər. İcazə verməliyik ki, sevgi, təhsil nədir bilsinlər. Həyata başqa cür baxmağı öyrənsinlər. Çünki oğlanlara verilən azadlıq bizi toplum olaraq heç yerə gətirib çıxarmayıb. Yoxlamaq lazımdır ki, görək, qızlara azadlıq versək, necə olar”.
Orxan Zeynallının HOST, Amerika, Konsertlər, Qaraqan haqqında fikirləri ilə daha ətraflı aşağıdakı videomaterialdan tanış ola bilərsiniz: