“Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərarının layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə deputat Kamran Bayramovun namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev idi.