Sabahın hava proqnozu AÇIQLANIB
28-05-2023, 21:12

Dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

Mayın 29-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AZİNFORM.AZ-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Gecə 17-22°, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.





up