İcbari tibbi sığorta ilə bağlı ŞAD XƏBƏR: Yaxın günlərdə…
20-05-2023, 13:22

“Yaxın günlərdə icbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin təsdiqini gözləyirik”.

AZİNFORM.AZ xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresində deyib.

O bildirib ki, yeni xidmətlər zərfində ürək-damar xəstəlikləri ilə bağlı bir sıra yeni xidmətlər də yer alacaq.

“Ötən il icbari tibbi sığorta zərfi çərçivəsində 34 mindən çox ürək-damar cərrahiyəsi həyata keçirilib. Bu ilin ilk 3 ayında isə bu rəqəm 5 mini ötüb”.





up