Xoşqədəm Hidayətqızının verilişində arvadı ilə dalaşan ərəblə bağlı ŞOK VİDEO
19-05-2023, 16:39

ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində Elnarə adlı xanımın verilişə müraciət edərək 18 ildir ərəb əri Bəsimin ondan ayrılmaması üçün kömək istəməsi, bu zaman proqramda ekspertlər və Bəsim arasında qalmaqal yaşandığını bildirmişdik.

AZİNFORM.AZ-ın məlumatına görə, tanınmış jurnalist Əli Vəliyev proqramın canlı efir zamanı ərəb Bəsimlə bağlı şok faktları açıqlayıb. O guya Bəsimin  Azərbaycana arvadı Elnarənin uşaqlar evindəki övladlarına baxmaq üçün gəldiyini, ancaq özünün 18 il əvvəl Misirdə atdığı uşağına sahib çıxmadığını bildirib. Beləliklə, Bəsimin başqa arvadının və uşağının olduğu ortaya çıxıb.

Ekspert Əli Vəliyev ərəb Bəsimə: "Sən xaricdən gəlib burda azərbaycanlı qadını təhqir edə bilməzsən. Get 18 il əvvəl Misirdə atıb gəldiyin ailənə-uşağına sahib çıx" deyərək sərt reaksiya verib.

Məsələ sosial şəbəkələrdə maraqla qarşılanıb və sosial şəbəkə istifadəçiləri jurnalisti alqışlayıblar. 

Həmin kadrları təqdim edirik.


/Manşet.az/



up