DİGƏR XƏBƏRLƏR
“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov “Olympus Park” şirkəti və “Elit Park Kompleksi” tərəfindən Bakıda dəmiryolu relslərinin üzərində hündürmərtəbəli binaların inşa edilməsindən danışıb.
AZİNFORM.AZ bildirir ki, İsfəndiyar Axundov Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür tikintilərin həyata keçirilməsi qanunsuzdur:
“Dəmiryolu relslərinin üzərində bina tikmək ağılsızlıqdır, bu, mümkün deyil. Buna dövlətdə icazə vermir.
Eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də qətiyyən buna imkan verməz. İnanmıram ki. hansısa dövlət qurumu bu cür binaların inşasına icazə versin. Əgər doğrudan da bina dəmiryolu relslərinin üzərində tikilibsə, bu, qanunsuzdur”.