Naxçıvanda daha bir vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
17-05-2023, 18:03

Naxçıvan Səhiyyə Nazirliyində daha bir vəzifəli şəxs vəzifədən azad olunub. Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun imzaladığı əmrə əsasən, qurumun Maliyyə şöbəsinin müdiri Asəf Musayev işdən çıxarılıb.  

AZİNFORM.AZ xəbər verir ki, bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Samiq Sadıxov əmr imzalayıb.

Qeyd edək ki, Asəf Musayevin işdən azad olunmasına səbəb COVID-19-la mübarizə çərçivəsində tibb işçilərinə ödənilməli olan əlavələrin ödənilməməsi, tibbi sığorta üzrə tibb işçilərinə ödənilməli olan vəsaitlərin düzgün xərclənməməsidir.




up