Dəmir yolundakı hasarla bağlı RƏSMİ AÇIQLAMA
17-05-2023, 00:52

Azərbaycanda dəmir yolunun tən yarısının üzərində tikilən daş hasarın görüntüləri sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

AZİNFORM.AZ xəbər verir ki, sözügedən görüntülərlə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC-mətbuat katibi Sənubər Nəzərova "Facebook"da paylaşım edib.

O, QSC-nin infrastrukturunda, nə də istismar olunan dəmir yolu xətlərində belə yolun mövcud olmadığını qeyd edib.

S. Nəzərova bildirib ki, çox güman ki, bu, istismar müddəti bitmiş dalan yoludur:

"Dalan yolu - əsas dəmiryol xətləri ilə birləşən, ayrı-ayrı təşkilatlara, müəssisələrə və ya idarələrə xidmət üçün nəzərdə tutulan dəmir yol xətlərinə deyilir. "Azərbaycan Dəmir Yolları"nın balansında olmayan dalan yollarının saxlanışına, mühafizəsinə, habelə ətraf mühitin təsirlərindən qorunmasına, həmin dalan dəmir yolu üzərində sahiblik və istifadə hüququ olan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyır”.





up