Sürəti 90 olan sürücüyə 250 AZN cərimə yazıldı – VİDEO
7-05-2023, 18:39

Sürətinin saatda 90 kilometr olduğunu deyən sürücüyə elektron qaydada cərimə tətbiq edildiyi bildirilir.


AZİNFORM.AZ “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə paytaxda yaşayan Siyəzən rayon Sakini Elnur Aslanovun başına gəlib.

Sürücü iddia edib ki, ”99-HL-216”' dövlət qeydiyyat nişanlı avtomobili ilə Mərdəkan şossesində hərəkətdə olarkən yoldakı sürətə uyğun olaraq 90-la gedirmiş.
Amma ona bir neçə dəqiqədən sonra radara düşməsi barədə “sms” gəlib və 250 AZN cərimə edildiyi bildirib.

Sürücü deyib ki, o video görüntülərdə də sürətin 154 yox, hətta 90-dan aşağı olduğu görünür.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə bildirilib ki, qeyd olunan məsələ araşdırılacaq.

Daha ətraflı:






up