Bakı Mühəndislik Universitetinin rektoru yaxın vaxtlarda təqaüdə göndərilə bilər.
AZİNFORM.AZ bildirir ki, qaynarinfo-ya etibarlı mənbədən daxil olan məlumata görə, universitetin rektoru, 78 yaşlı Havar Əmir oğlu Məmmədovun təqaüdə göndərilməsinə səbəb yaş həddi ilə əlaqədardır.
Rektorun yerinə kimin təyin ediləcəyi isə hələlik məlum deyil.
Qeyd edək ki, 1945-ci il iyulun 1-də İmişli rayonu Qızılkənd kəndində anadan olan Havər Məmmədov 2017-ci il martın16-da Prezidentin sərəncamı ilə yeni yaradılmış Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsinə təyin edilib.
Facebook
Вконтакте
Одноклассники
Google+