"WhatsApp"dan növbəti yenilik - Bu da mümkün olacaq
26-04-2023, 11:32

"Telegram" və "Discord" kimi tətbiqlərin ən böyük rəqibi olan "WhatsApp", yeni funksiyalarla yenilənməyə davam edir. Qarşıdan gələn yeniləmə itirilmiş mesajların saxlanmasına imkan verəcək.

AZİNFORM.AZ xəbər verir ki, bununla bağlı Vatsap platformasının daxil olduğu “Meta” şirkətinin rəhbəri Mark Zukerberq məlumat verib.

Bildirilib ki, ötən ildən bütün dünyada Vatsap istifadəçilərinin təhlükəsizlik və məxfilik səviyyələrini qorumaq üçün bir sıra tədbirlər görülüb.

Bunun nəticəsi olaraq hazırda 4 telefonda eyni Vatsap hesabını istifadə etmək imkanı yaranacaq.






up