Bəzi marketlərin yeni hiyləsi: ƏDV-li və ƏDV-siz çeklər - VİDEO
21-04-2023, 06:01

Bəzi mağazalardan alınan məhsullara görə ƏDV fərqli üsulla verilir.

AZİNFORM.AZ-ın məlumatına görə, bu zaman iki qəbz təqdim olunur.

Belə ki, ilk qəbz ƏDV-siz olur, daha sonra isə onu təqdim etməklə ƏDV-li qəbzi alırsınız.

Hadisə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən marketlərdən birində baş verib.

Alıcılar iddia edir ki, vəziyyətlə bağlı  market rəhbərliyinə dəfələrlə müraciət etsələr də nəticə dəyişməyib. Bu mağazada alıcılara verilən qəbzin biri  ƏDV-li, digəri isə  ƏDV-siz olur. Bunu bilən də var, bilməyən də.

Məsələyə market rəhbərliyi də münasibət bildirib. Adını deməyən şəxsin sözlərinə görə, əvvəllər 1 çek verilib, sonradan problemlər yarandığından bu üsula əl atıblar.

Bənzər mənzərə Sumqayıtda olan marketlərdən birində də yaşanır. Alınan məhsula görə 2 çek verilir.

Mağazadan isə bildirilib ki, bu məsələ ilə bağlı heç bir məlumat vermək istəmirlər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən mövzu ilə bağlı bildirilib ki, problemlə bağlı əgər vətəndaşlar xidmətə müraciət edərlərsə, o zaman məsələ araşdırıla bilər.

Daha ətraflı süjetdə:





up