Yeni tikililərdən ev alanlar bunu mütləq bilməlidir… - VİDEO
21-04-2023, 05:32

Bina tikintisi həyata keçirən şirkətlərin əksəriyyəti satış zamanı müqavilədə mənzilin sahəsini şişirdilmiş formada göstərir. Vətəndaş sonradan mənzilə dövlət çıxarışı alarkən rəqəmlər arasında ciddi fərq yaranır.

AZİNFORM.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, bu yolla tikinti şirkətləri mənzil alan şəxsləri aldadaraq onlardan artıq pul alır.
Belə ki, MTK-nın vətəndaşla bağladığı müqavilədə mənzilin sahəsi 87, dövlət çıxarışında isə bundan təxminən 12 kvadratmetr az, yəni 75.2 kvadratmetr göstərilib.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Xəzər Xəbər”ə deyir ki, son dövrlər mənzillərin alqı-satqısı zamanı belə hallar artıb.

Onun sözlərinə görə yeni binalarda satış həyata keçirilən zaman mənzillərin sahəsi hedablanarkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulur. Belə olan halda ev alan şəxsə külli miqdarda ziyan dəyir.

Əslində şəhərsalma və tikinti məcəlləsinə görə, mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanmalıdır.
"Amma bəzi MTK rəhbərliyi tərəfindən bu qaydalara demək olar ki əməl olunmur”

Bəs belə qanunsuz halla üzləşən vətəndaşlar nə etməlidir?

Hüquqşünas Polad Mehdiyev bildirib ki, əgər mənzilin sahəsi həqiqətəndə maliyyə arayışında göstəriləndən azdırsa, mənzil alan şəxs MTK-ya qarşı iddia qaldıraraq ödədiyi artıq vəsaiti geri ala bilər. Bununla bağlı qərar məhkəmənin təyin etdiyi ekspertiza rəyindən sonra verilir.

Hüquqşünas əlavə edib ki, bu problemlə bağlı son vaxtlar məhkəməyə müraciətlər xeyli çoxalıb.






up