Aprelin 21-i saat 22:00-dan 22 aprel saat 10:00-dək və 22 aprel saat 22:00-dan 23 aprel saat 10:00-dək “Azəriqaz” İB-nin Qəza Çağrı Xidməti şöbəsinin istifadəsində olan serverlərdə texniki-profilaktiki işlər görülməsi ilə əlaqədar ödəniş sistemləri işləməyəcək, eləcə də 104/185 qısa yığım nömrələrinə zənglər daxil olmayacaq.
AZİNFORM.AZ xəbər verir ki, qurum bununla bağlı abonentlərə xəbərdarlıq edib.
Bildirilib ki, 21 aprelədək balansında kifayət qədər kubmetr qaz olmayan abonentlər mütləq qaydada smart-kartlarına yükləmə etsinlər.
Əgər qaz təchizatı ilə bağlı hər hansı bir problem yaranarsa, vətəndaşlar Çağrı Mərkəzinin 077 3 104 104 vatsap nömrəsi və azeriqaz.az saytının onlayn çat bölümü vasitəsilə müraciətlərini ünvanlaya bilərlər. Ünvanlanan bütün müraciətlərə mütləq qaydada Çağrı Mərkəzinin əməkdaşları tərəfindən geri dönüş olunacaq.