Mən, oruclu olduğumu unudub, yemək yedim və su içdim. İndi orucum pozuldumu?
"Oruclu şəxs unudaraq nə isə yeyər və ya içərsə orucu pozulmaz."
AZİNFORM.AZ bildirir ki,hədisdə, “Oruclu olduğunu unudaraq nə isə yeyən və ya içən şəxs oruca davam eləsin, pozmasın. Çünki onu Allah yedirib-içirmişdir.” (Buxari, Savm, 26). Unudaraq yeyən və içən şəxs oruclu olduğunu xatırladığı an ağzındakıları çıxarmalı və ağzını yaxalayaraq orucuna davam etməlidir. Oruclu olduğunu xatırladıqdan sonra yeməyə davam edərsə orucu pozulmuş sayılır.
Allah, Quranda bu barədə belə buyurur:
“Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. ‘Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!..” (Bəqərə, 2/286).
Peyğəmbərimiz əleyhissəlam da bilmədən bir şey yeyənin orucunun pozulmayacağını belə ifadə etmişdir:
“Kim oruc ola-ola oruc tutduğunu unudub nəsə yesə və yaxud içsə, öz orucunu pozmayıb tamamlasın. Çünki onu Allah yedirdib içirtmişdir”. (Buxari, Savm (oruc), 26; Müslim, Siyam, 33/1155)
Allah oruçlarınızı qəbul etsin!
AZİNFORM.AZ