Mərhum xalq artistinin qızı etirafı ilə DİQQƏT ÇƏKDİ - VİDEO
12-04-2023, 22:40

Mərhum xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruzova etirafı ilə diqqət çəkib.

AZİNFORM.AZ xəbər verir ki, Şəfəq Novruzova sosial şəbəkədə video paylaşaraq bu sözləri qeyd edib:

"O gün bir qızın atasının vəfatına dözməyib intihar etdiyini eşitdim. Bir daha başa düşdüm ki, mən yaxşı qurtardım. Yoxsa beynimdən min şey keçirdi: özümə nə ilə cəza verə bilərəm.  Ac qalmaq istədim, gücüm yetmədi, ölmək istədim, cürət edə bilmədim, yəqin qorxağam. Özümə cəza vermək, incitmək məqsədi ilə saçlarımı kəsdim. Bunu özümə ağır cəza kimi düşünürəm, çünki məni gözəl göstərən saçlarım idi. Bir şeyə şok olmuşam, demək olar ki, saçımda ağ tük yox idi. İndi gördüm ki, saçlarım ağappaq olub. Videonu ona görə paylaşdım ki, məni birdən-birə belə görüb, qorxmayın, gülməyin. Çünki hər dəfə başı bağlı gəzə bilməyəcəm. Bu da keçər".

Qeyd edək ki, Ramiz Novruz yaxın günlərdə mədə xərçəngindən dünyasını dəyişib. 





up