Milli Məclisdə Tolikdən GÖRÜN NƏLƏR DANIŞILDI?
11-04-2023, 22:40

Milli Məclisin bu günə olan iclasında aparıcı-prodüser Tarix Əliyevdən (Tolik) danışılıb.

AZİNFORM.AZ  xəbər verir ki, deputat Ceyhun Məmmədov çıxışı zamanı 3 saylı Uşaq Evinin sakini ilə bağlı problemin MTV-nin efirində həll edildiyini bildirib:

“Bu yaxınlarda sosial şəbəkələrdə bir yeniyetmənin uşaq evi ilə bağlı problemləri işıqlandırıldı. Bu məsələ ilə bağlı dövlət qurumları adekvat davranmadı. Sonda isə cəmiyyət görür ki, problemi dövlət qurumu yox, TV aparıcısı həll etdi. Müvafiq qurumlar belə məsələlərə qarşı həssas və diqqətli olmalıdır”.





up