“Kasıblar üçün apteklər açaq, gedib ucuz dərman alsınlar” – VİDEO
11-04-2023, 21:13

“Mümkündürsə, bütün əhaliyə, mümkün deyilsə müəyyən kasıb zümrəyə, qazi ailələrinə, pensiyaçılara, şəhid ailələrinə havayı dərman satışlarını təşkil edək”.


AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli bir sıra xəstəliklərdən əziyyət çəkən insanların müxtəlif dərmanlarla pulsuz təmin olunması barədə danışarkən deyib.

"Bizdə 10 faiz varlı təbəqə, 15-20 faiz orta təbəqə var, halbuki normal ölkələrdə orta təbəqə 60 faiz olmalıdır, qalanları isə kasıbdır.

Bunlar üçün biz apteklər açaq, gedib ucuz qiymətə oradan dərman alsınlar. Heç ömrümüzdə eşitmədik ki, Tarif Şurası qiymətləri aşağı sala, daim qaldırır. Mən bunu başa düşü bilmirəm ki, nə üçün belə edir.

Dövlətimiz şəkər xəstələrinin müalicəsi üçün 53 milyon manat pul ayırıb. Çox böyük rəqəmdir. Hörmətli Əhliman müəllim, xahiş edirəm ki, monitorinq aparılsın ki, bu 53 milyon manat hara gedir?", - o bildirib.






up