BU GECƏ QƏDR GECƏSİDİR - "İLAHİ GƏLMİŞƏM..." HACI ŞAHİN - VİDEO
9-04-2023, 23:31

Qədr gecəsi dünyanın ən möhtəşəm gecəsidir. Dünya üçün ən əlamətdar hadisə olan Qurani-Kərimin nazil olduğu bir gecədən bəhs edirik. Bu gecə Allah Quranı bəşəriyyətə nazil etdiyi gecədir.

AZİNFORM.AZ xəbər verir ki, məhz bu gecə Allah Quranı bəşəriyyətə nazil edib. 

Buna dair Müqəddəs Kitabda iki ayə var: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir”. (“Bəqərə”, 185) və “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!” (“Qədr”,1).

Qədr gecəsi olduqca fəzilətli gecədir. Bu gecənin şəninə ayrıca bir surə nazil olduğu buna sübutdur. Məhz həmin surədə buyrulur: “Qədr gecəsi min aydan daha xeyirlidir!” (“Qədr”, 3) 

Allah orucunuzu, ibdatlərinizi qəbul etsin, hər birimizə səbr və güc versin!

AZİNFORM.AZ





up