"Məktəb və bağçanın yaxınlığı narkotik istifadəçilərinin məkanına çevrilib" – VİDEO
8-04-2023, 12:12

Xətai rayonu, Gəncə prospekti 71 ünvanında yerləşən ikimərtəbəli yarımtikili narkotik vasitə istifadəçilərinin məkanına çevrilib.

AZİNFORM.AZ “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, narkotik istifadəçiləri günün müxtəlif saatlarında həmin yerdə toplaşaraq narkotik vasitələrdən istifadə edirlər.

Bildirilib ki, sözügedən ərazi uşaq bağçasına bitişikdir və yaxınlıqda orta məktəb də var. Mövcud vəziyyət isə ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olur.

Ətrafda yaşayan sakinlərin sözlərinə görə, sözügedən yerin tikintisi 7 ildən çoxdur ki, yarımçıq qalıb. Hansı məqsədlə tikildiyi isə heç kimə məlum deyil. Bundan əlavə, sakinlər narkotik vasitə istifadəçilərinin bu tikiliyə toplaşmalarını uşaqları üçün təhlükəli hesab edirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, bu kimi yarımçıq və ya dağılmış tikililər belə halların qarşsını almaq üçün diqqət mərkəzində saxlanılır. Artıq həmin əraziyə naryad qrupları göndərilərək nəzarətə götürülüb.

Daha ətraflı:





up