ŞOK HADİSƏ: "5 yaşlı qız anasının telefonundan..." – VİDEO
7-04-2023, 10:24

Massaçusetsdə (ABŞ) Cessika Nunez 5 yaşlı qızı Lilaya avtomobillə gəzinti zamanı telefonu ilə oynamağa icazə verib. Qız Amazondan sifariş verib, təxminən 4000 dollar dəyərində uşaq motosikletləri və kovboy çəkmələri alıb.

AZİNFORM.AZ xəbər verir ki, Cessika Nunez bütün alınan əşyaları qaytarmağa çalışır. 

Cessika bəzi sifarişləri ləğv edə bilsə də, kuryerlər malların bir hissəsini çatdırıblar. Qadın sonradan xatırlayıb ki, bir gün əvvəl Lila velosiped istədiyini demişdi.

"O, hələ bu velosipedə minmək üçün çox balacadır. Məhz bu məhsulu necə tapdığını bilmirəm" - deyə qadın bildirib.






up