Rəşad Dağlının oğlundan MÜRACİƏT: "Üzümü göstərəcəyəm..."
3-04-2023, 12:20

Həbsdə olan meyxanaçı Rəşad Dağlının ailəsindən növbəti açıqlama yayılıb. Meyxanaçı Rəşad Dağlının azyaşlı oğlunun adına saxta TikTok hesabı açılaraq meyxanaçıya dəstək adı ilə pul yığılır. 

AZİNFORM.AZ xəbər verir ki, bu barədə meyxanaçının oğlu Yusif Əmirovun səhifəsində paylaşım edilib.  

Bildirilib ki, söz ustasının övladının adından Tiktok-da səhifələr açılır:

“TikTok hesabım şəkildə qeyd etdiyimizdir. Xahiş edirəm diqqətli olun, istəmirəm kimisə aldatsınlar və mənim adımdan pul yığsınlar. Mən canlı yayım açsam, üzümü göstərəcəyəm və elə danışacağam”. 





up