TikTok-un 93 yaşlı ulduzundan gənclərə SEVGİ MƏSLƏHƏTİ
2-04-2023, 21:02

TikTok sosial şəbəkəsinin 93 yaşlı ulduzu Lilian Droniak sevgi münasibətlərinə dair məsləhətləri ilə gündəmə gəlib.

AZİNFORM.AZ “İnsider”-ə istinadən bildirir ki, internetdə “grandma_droniak” kimi tanınan Droniakın səhifəsinin səkkiz milyondan çox izləyicisi var. O, gənclərə verdiyi tanışlıq məsləhətləri ilə xüsusilə gənclərin diqqətini çəkir.

Bu yaxınlarda "Günaydın Amerika" verilişində danışan Droniak çox şey yaşadığını və gənclərin onun səhvlərini təkrarlamasını istəmədiyini deyib:

“Gənc olanda utancaq idim və bəzən problemə düşərdim”.

Cümə günü yayımladığı ən son TikTok-da Droniak keçmiş sevgili ilə danışmamaq üçün gülməli bir ipucu paylaşıb. O, telefonun dəstəyinə miyovlamağı və ya başqa bir şəxslə görüşdə olduğundan danışmağın mümkün olmadığını boldirməyi məsləhət görüb. O, həmçinin keçmiş partnyorun telefon nömrəsini bloklamağı və nəyin bahasına olursa-olsun ,ictimai yerlərdə ondan qaçmağı tövsiyə edib.

“Sosial mediada yazılar paylaşmağı sevirəm. Belə olanda, özümü gənc hiss edirəm. Mənə elə gəlir ki, mənim kimi bir nənə arzusunda olan çoxlu sayda nəvələrim var ",-deyə TikTok ulduzu etiraf edib.





up