Bakıda məktəb direktoru ilə keçmiş müavini arasında QALMAQAL - VİDEO
31-03-2023, 22:11

Məktəb direktorunun təsərrüfat işləri üzrə müavini İsmət Yusifova mühafizəçi tərəfindən məktəb binasına buraxılmır.

AZİNFORM.AZ xəbər verir ki, yayılan bu görüntülər, Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə lentə alınıb.

Müavin iddia edir ki, məktəbin direktoru Almaz Həsrət qapıları bağlatdırıb və onun içəri buraxılmasını qadağan edib.

Məktəbin direktoru Almaz Həsrət isə keçmiş müavini İsmət Yusifovanı məktəbə buraxmamasına səbəb ki, onun həm işdən çıxarılmasını, həm də məktəbdəki iş prosesinə mane olmasını göstərir.

Məktəbə niyə zorla daxil olmağa çalışdığını və işdən azad olunduğu halda faəliyyətini niyə dayandırmaq istəmədiyini öyrənmək üçün “Xəzər Xəbər” İsmət Yusifovanın özü ilə əlaqə saxlayıb.

İsmət Yusifova məktəb direktorunun dediyi neqativ halların isə heç bir əsası olmadığını bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bakı şəhəri R.Əliyev adına 3 nömrəli məktəbdə işçilərin təhsil müəssisənə buraxılmadığı iddia olunub.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

İddiaya görə, işçilərin içəriyə buraxılmamasına səbəb məktəb direktorunun bu barədə göstərişinin olmasıdır.





up