Sabah Ramazan ayının səkkizinci günüdür.
AZİNFORM.AZ xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 30-da imsak vaxtı saat 05:02-də, iftar vaxtı isə 19:17-dədir.
Martın 30-u üçün namaz vaxtları:
Sübh azanı | 05:07 |
Zöhr azanı | 12:45 |
Əsr azanı | 17:12 |
Məğrib azanı | 19:17 |
İşa azanı | 20:19 |
Səkkizinci günün imsak vaxtı üçün duanı təqdim edirik:
“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.
Tərcüməsi: “İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”
İftar duası
“Allahummə la təxzulni fihi li-təərrüzi mə’siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin”.
Tərcüməsi: “İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqü şəxslərin arzusunun müntəhası!”
Allah orucunuzu qəbul eləsin!
AZİNFORM.AZ