“Ətin sümüyünü bişirirlər, özünü aparırlar” - Bakıdakı uşaq evində nələr baş verir? - VİDEO
29-03-2023, 12:24

Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən şikayət var.

AZİNFORM.AZ  xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Orada qalan uşaqlardan biri iddia edib ki, müəssisədə uşaqlara quru çörək verirlər:

“Uşaq evinə gələn ərzağı aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.

O qeyd edib ki, direktor ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb.


oxu.az



up