109 yaşlı müəllimə uzunömürlüyünün SİRRİNİ AÇDI
29-03-2023, 00:24

"Mən gəzintini xoşlayırdım və 80 yaşımda nəvələrimlə futbol oynamışam..."

"Hazırda Oliv zamanını mütaliə, toxuma və tikməyə həsr edir..."

Oliv Edvards hazırda dünyada yaşayan ən yaşlı qadın hesab edilmir, lakin onun yaşı heyrət doğurmaya bilməz.

Bu günlərdə britaniyalı qadın özünün 109-cu doğum gününü qeyd edib və bu hadisənin şərəfinə öz uzunömürlüyünün sirrini açıb, bu da "inadkar" olmağında və "çoxlu su içməyindədir".

AZİNFORM.AZ xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.

Müəllimə təqaüddədir, iki qız anasıdır, dörd nəvəsi, altı nəticəsi var. O, danışıb ki, gündə üç dəfə qida rejiminə riayət edir və ən çox sevdiyi qızılbalıqla sparjdır (qulançar). Məhz bu yeməyi 109 yaşının şərəfinə hazırda Oliv Edvardsın yaşadığı İngiltərənin Şimal Yorkşir şəhərindən "Birchlands" qocalar evinin baş aşpazı hazırlayıb.

"Bu, Oliv üçün çox gözəl nailiyyətdir, - müəssisənin mətbuat katibi müsahibəsində bəyan edib. - O, deyib ki, heç bir təlaş yoxdur, lakin, əlbəttə, onu qocalar evinin sakinləri və ailə üzvləri ilə birgə bayram gözləyir".

Doğum günü şərəfinə Edvardsa gülləri olan səbəti xatırladan tort və III Kralın adından təbrik açıqcası təqdim edilib. Ötən il Oliv 108-ci doğum gününü qeyd edəndə ona qızardılmış qızıl balıq, güllü tort və ötən ilin sentyabrında 96 yaşında dünyasını dəyişmiş Kraliça II Elizabetin portreti təqdim edilib.

Edvards 1914-cü ildə anadan olub və bir çox illər balaca uşaqlara dərs keçib. Onun sözlərinə görə, uzun illər o, fəal həyat tərzi keçirib və idmanla məşğul olmağa çalışıb.

"Mən gəzintini xoşlayırdım, - o, "Jam Press" nəşrinə müsahibəsində deyib. - Mən 80 yaşımda öz nəvələrimlə futbol və kriket oynamışam".

İndi isə 109 yaşlı Oliv öz zamanını mütaliə, toxuma və tikməyə həsr edir.

Oliv Edvardsın yaşı, heç şübhəsiz, heyrət doğurur, lakin rekorddan uzaqdır. Hazırda dünyanın ən yaşlı insanı 116 yaşlı ispaniyalı qadın Mariya Branyas Morera hesab edilir.

Onun adı əvvəlki rekordsmen fransız xanım Lyusil Randonun (Andre bacı adı ilə tanınan) bu ilin yanvar ayında 118 yaşında dünyasını dəyişəndən sonra Ginnesin rekordlar Kitabına salınıb.

Lakin ehtimal ki, dünyada ən yaşlı adam bu yaxınlarda 128 yaşlı cənubi afrikalı Coanna Mazibuko olub, lakin onun yaşı rəsmən təsdiq edilməyib.

Qadının əllərində olan şəxsiyyət vəsiqəsində 11 may 1894-cü ildə anadan olduğu göstərilib. Yəni öz həyatında o, Britaniya müstəmləkəçiliyi, irqi-ayrıseçkiliyi və iki dünya savaşını yaşayıb.

12 uşaqdan ən böyüyü olan Coannanın həyatının çox hissəsi fermada keçib, orada yabanı ispanaq və təzə südlə qidalanıb, ona görə də o, uzunömürlüyün açarının sadə pəhriz olduğu qənaətindədir.

Cənubi afrikalı öz uşaqlığını yaxşı xatırlamayıb, lakin çəyirtkələrin tarlaya hücumu yadındadır. "Onları tutub yemək olardı. Adama elə gəlirdi ki, ət yeyirsən", - o, jurnalistlərə deyib. Coanna Mazibuko 8 mart 2023-cü ildə dünyasını dəyişib. /moderator.az/





up