DYP-dən "Qarabağ" - "Qalatasaray" oyunu ilə bağlı azarkeşlərə MÜRACİƏT
24-03-2023, 15:25

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Qurumun baş inspektoru Araz Əsgərlinin AZİNFORM.AZ-a verdiyi məlumata görə, müraciətdə azarkeşlərdən ictimai nəqliyyatdan, xüsusilə ayrılmış ekspress marşrutlardan istifadə etmələri xahiş olunub.

Qeyd olunub ki, azarkeşlər oyundan 1 saat əvvəl "Bakı Olimpiya Stadionu"una gəlməli, ictimai asayişi qorumalı, digər vətəndaşlara maneə yaratmamalıdırlar.

DYP "Qarabağ"a oyunda uğurlar arzu edib, hər kəsi iki qardaş ölkənin yoldaşlıq oyunundan zövq almağa çağırıb.






up