Məşhur aktrisanın başına daş düşdü
18-03-2023, 23:48

"Yeni gelin", "Aşk, mantık, intikam", "Seversin" kimi seriallarda rol alan məşhur türk aktrisa Zeynep Kankonde ölümdən dönüb.

AZİNFORM.AZ xəbər verir ki, sənətçi Şişlidə gəzərkən tikilməkdə olan binanın 7-ci mərtəbəsindən başına daş düşüb.

Sənətçi xəstəxanada ilkin müdaxilədən sonra polis bölməsinə gedərək, şikayətçi olub.

Araşdırmaya başlayan polis əməkdaşları iki inşaat işçisini məhkəmə prosesi üçün bölməyə çağırıb.





up