Eldar Sultanov vəzifəsindən AZAD EDİLDİ
17-03-2023, 13:07

Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanov vəzifəsindən azad edilib.

AZİNFORM.AZ-ın xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Eldar Sultanovun qulluq keçməsinə xitam verilib.

K.Əliyev tərəfindən ona “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.





up