Araşdırmalar alkoqolun antibiotik müalicəsinə ümumiyyətlə pis təsir göstərmədiyini və ya yan təsiri olmadığını deyir. Lakin istisnalara da diqqət etmək lazımdır.
Hamiləliklərinin ilk aylarında olan, amma, bunu bildirmək istəməyən qadınlar, alkoqollu içki təklifini rədd etdikdə səbəb kimi antibiotik istifadə etdiklərini göstərirlər.
Bəs, həqiqətənmi antibiotik müalicəsi alarkən, alkoqoldan uzaq durmaq gərəkdir?
Bəziləri spirtin, antibiotikin təsirini azaldacağına, bəziləri isə əks təsiri olacağına inanır.
Halbuki, bir çox antibiotik üçün bunların heç biri doğru deyil. Həkimlərin qorxusu isə, bu yanlış inanclara görə xəstələrin bir badə şəraba görə dərmanlarının vaxtında qəbul etmək lazım olan zaman qəbul etməmələridir.
AZİNFORM.AZ-ın məlumatına görə antibiotik qəbul edərkən, hər dozanı vaxtında qəbul etmək vacibdir. Bu səbəbdən, insanların bir dozanı keçirmələrinə səbəb olan hər şey, ciddi bir problem vəziyyətinə gələn antibiotik müqavimətinə daha da pis təsir edir.
Alkoqolla qəbul olunmayan antibiotiklər
Əslində, həkimlərin müəyyənləşdirdiyi ən geniş yayılmış antibiotiklərin çoxuna alkoqol təsir etmir. Lakin, bəzi istisnalar var.
Əsasən, dəri, sümük, sidik yolları və alt tənəffüs yolları infeksiyalarında istifadə edilən və təsir maddəsi cephalosproin sefotetan olan antibiotiklər, alkoqolun sovrulmasını yavaşladaraq, acetaldehyde adı verilən maddənin bədəndə artmasına səbəb olur. Bu isə, ürəkbulanma, qusma, üzdə qızartı, baş ağrısı, nəfəs çatışmazlığı və sinə ağrısı kimi şikayətlərə yol açır.
Ümumiyyətlə alkoqol asılılığı müalicəsində istifadə edilən Antabus/Antabuse adlı dərmanın təsir maddəsi olan disulfiram istifadəsində də, oxşar simptomlar müşahidə olunur.
Dərmanın məqsədi, alkoqol qəbulunda xoş olmayan yan təsirlər yaradaraq, çaşdırıcı olmaqdır. Simptomlar o dərəcədə pisdir ki, bu antibiotiklərin qəbulu zamanı və bir neçə gün sonra spirtli içkilərdən uzaq durmaq önəmlidir.
Alkoqolla qəbul olunmaması lazım olan digər bir antibiotik də metronidazole-dur.
Diş absesləri, iltihablı ayaq xoraları və yataq yaralarının müalicəsində istifadə olunan bu dərmanla birlikdə alkoqol qəbulu, bənzər yan təsirlərə yol açır. Amma, beş gün ərzində adıçəkilən dərmandan istifadə edən finlandiyalı kişilər arasında 2003-cü ildə aparılan bir araşdırmada, bu görünməyib və alkoqol qəbulu hər hansı bir yan təsir yol açmayıb.
Ancaq, araşdırmanı aparanlar, bəzi insanlarda yan təsir ehtimalının hələ mümkünlüyünü və bu dərman qəbul edildiyi halda, alkoqoldan uzaq durmağa ehtiyac olduğunu qənaətindədirlər.
Tinidazole, linezolid və erythromycin tərkibli antibiotiklərin istifadəsi zamanı alkoqol qəbulunda ortaya çıxan yan təsirlər son dərəcə çox olduğundan, həkimlər bu barədə xüsusi xəbərdarlıq edirlər.