Bacısı Tahanın gizli yazısını paylaşdı - FOTO
5-03-2023, 20:26

Bacısı Kahramanmaraşda baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan sosial şəbəkə fenomeni Taha Duymazla bağlı paylaşım edib.

AZİNFORM.AZ xəbər verir ki, Semha Duymaz Tahanın kompüterindən tapdığı yazıları yayımlayıb. Yazılarda Taha gələcək planlarından yazıb.

"Həyatdakı hədəflərim" başlıqlı yazıda Taha "Təhsilimi tamamlayacağam. Ailəmə gözəl həyat yaşatmaq üçün çox çalışacağam. Aşpaz olacağam. Nə olursa olsun hər zaman dürüst, yaxşı, bir insan olmağa çalışacağam" sözləri qeyd edilib.

"Xəyalları var idi. Hamısı bir anda uçub getdi. Ən pisi isə heç bir şey edə bilməməkdir" deyə, Tahanın bacısı vurğulayıb.

Qeyd edək ki, Taha sosial şəbəkədə bişirdiyi yeməkləri paylaşaraq məşhurlaşmışdı. Onun 1,3 milyon izləyici var idi. /axşam.az/






up