Bakıda lisey bağlanır - Valideynlər narazıdır - VİDEO
22-02-2023, 23:03

Bakının Xətai rayonunda yerləşən 147 nömrəli texniki humanitar liseyin təmirə bağlanacağı ilə bağlı yayılan xəbərlər narazılığa səbəb olub.

Narazı valideynlər bu gün liseyin önündə etiraz aksiyası keçiriblər.

Onlar aidiyyəti qurumların binaya baxış keçirmədən söküntü işlərinə qərar verdiklərini iddia edirlər.

Valideynlər təmir işləri ilə əlaqədar övladlarının köçürülcəyi digər məktəbin uzaq olmasından da narahatdırlar.

Çəkiliş apardığımız zaman əraziyə Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri gəldilər.

Valideynlərlə görüşən İdarənin mətbuat katibi Bəşarət Məmmədov bildirdi ki, şagirdlərin köçürülməsi zamanı valideynlərin rəyi nəzərə alınacaq.

Məktəbdə təmir işlərinə nə vaxt başlanacağı isə hələ dəqiqləşməyib.





up