Vasif Tağıyev ailə üzvləri ilə bir arada - Fotolar
19-02-2023, 17:13

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zamanı terrorçunu zərərsizləşdirən və bu zaman xəsarət alan Vasif Tağıyev müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bununla bağlı fotoları Xalq artisti Firəngiz Mütəllimova instaqram hesabında paylaşıb.

O da məlum olub ki, Vasif Tağıyev Xalq artistinin dayısı nəvəsi imiş.

Qeyd edək ki, Vasif Tağıyev göstərdiyi şücaətə görə Prezident tərəfindən 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.






up