Günəşdə güclü partlayış baş verib
18-02-2023, 12:50

Dünən gecə saatlarında günəşdə güclü partlayış baş verib.

Bildirilir ki, bundan bir neçə saat əvvəl elm adamları bir neçə zəif C sinfi alovlarını qeydə almışdılar.

Elm adamları qeyd edir ki, günəş partlayışları zamanı atılan plazma buludları yerdə maqnit qasırğalarına səbəb ola bilər.

Onlar rabitə, naviqasiya sistemləri, enerji sistemlərində narahatlıqlara səbəb ola bilər. Həmçinin, maqnit qasırğaları auroraların müşahidə coğrafiyasını genişləndirə bilər.





up