Şeyxin 32 dəfə Həcc ziyarətinə gedən qudası: “Ora kim istəsə, gedə bilir bəyəm?”
17-02-2023, 19:51

Sabiq deputat Qalib Salahzadə bu il Həcc ziyarətinə ayrılacaq vəsaitin Türkiyəyə yardım üçün göndərilməsi təklifinə münasibət bildirib.

AZİNFORM.AZ xəbər verir ki, Q.Salahzadə Pravda.az-a müsahibəsində deyib ki, zəlzələ də, Həcc ziyarəti də Allahın işidir.

“Mən Allahın işinə qarışa bilmərəm. Allah özü nə məsləhət bilirsə, onu edir. Allah bilən məsləhətdir. Həcc ziyarətinə kim istəsə, gedə bilir bəyəm? Belə söhbət yoxdur. Gərək, Allahın icazəsi olsun. Eynilə zəlzələ də… Bir neçə saat əvvəl Türkiyədə dağıntılar altında bir nəfər də sağ çıxdı. Yəni hamısı Allahın işidir. Mən Allah deyənlə razıyam. Nə deyə bilərəm?”, - Q.Salahzadə qeyd edib.

Xatırlatma: Qalib Salahzadə özü 32 dəfə Həcc ziyarətinə gedib.





up