Əhaliyə XƏBƏRDARLIQ - Fevralın 16-dan...
14-02-2023, 18:06

Bakıda və Abşeron yarımadasında fevralın 14-ü günün ikinci yarısından 16-sı səhərədək tez-tez cənub küləyinin şimal küləyi ilə əvəz olunacağı, 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən AZİNFORM.AZ-a verilən məlumata görə, Azərbaycanın rayonlarında fevralın 14-ü gündüzdən 16-sı səhərədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.





up