Bakıda bəzi məktəblərdə müəllimlərin maaşından müəyyən məbləğ tutulacağı barədə məlumat yayılıb.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Belə ki, hazır ərizə forması paylaşılaraq Türkiyədəki zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə müəllimlərin maaşlarından pul toplanacağı iddia olunub.
Direktorlara belə bir göstərişin verilib-verilməməsini aydınlaşdırmaq üçün BAKU.WS Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edib.
Qurumdan bildirilib ki, idarədən heç bir məktəb direktoruna müəllimlərdən pul yığılması barədə göstəriş verilməyib. Hər hansı direktor bunu edirsə, şəxsi təşəbbüsü ilə həyata keçirir.