Onlar ZƏLZƏLƏDƏ valideynlərini itirən uşaqları övladlığa götürəcək
10-02-2023, 19:51

Türkiyəli məşhurlar zəlzələdən sonra anasız-atasız qalan körpələri övladlığa götürmək niyyətindədirlər.

AZİNFORM.AZ xəbər verir ki, tanınmış aktrisa Hande Erçelin bloger bacısı Qamze Erçel və həyat yoldaşı Caner Yıldırım da bu barədə sosial şəbəkə hesablarında məlumat veriblər.

Onlar bunun üçün hətta rəsmi proseduru da başlatdıqlarını qeyd ediblər.

Müğənni Petek Dinçöz və həyat yoldaşı Nida Bayraktar da övladlıq götürmək fikrindədirlər. Onlar da sosial şəbəkə hesablarında bu haqda paylaşım ediblər. /yenisabah.az/





up