Pensiya artımı nə zaman ödəniləcək?
10-02-2023, 14:31

Minimum əmək pensiyalarının 280 manata çatdırılması ilə bağlı hazırlıq işləri başa çatıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov deyib.

"Fevral ayı üçün pensiyalar qrafikə uyğun olaraq pensiyaçılara ödəniləcək Pensiyaçılara ödənilən pensiyalar ənənəvi olaraq cari aylarda qrafika uyğun olaraq ödənilir",- deyə o, bildirib.

Əlavə edək ki, Prezident İlham Əliyevin fevralın 8-də təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanuna əsasən əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılıb.





up