Sosial şəbəkələrdə şəhid atasının əsassız yerə 43 saat polis bölməsində saxlanılması ilə bağlı məlumat yayılıb.
Bu barədə vəkil Vüsal Səfərov feysbuk hesabında paylaşım edib.
“Gecə saat 02:00-dır. Sabunçu rayon 12 ci polis bölməsində Xaliq Hüseynov, Məcid Məmmədov, Qalib Əliyev ilə birlikdəyik. Şəkildə ayaq üstə saxlanılan şəhid atasıdır, 43 saatdır heç bir hüquqi əsas olmadan qanunsuz olaraq azadlıq hüququ məhdudlaşdırılır. Bütün yuxarı instansiyalara müraciət etsək də, rəhbərlik heç bir reaksiya vermir”, - paylaşımda bildirilib.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Yeniavaz.com-a bildirib ki, həmin vətəndaş barəsində olan şikayət əsasında polis bölməsinə dəvət edilib:
“O, izahatı alındıqdan sonra sərbəst buraxılıb. Onun 43 saat bölmədə saxlanılması ilə bağlı iddialar əsassızdır”.